:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

17 yaşlı yeniyetmə qocalıqdan öldü

Font

ABŞ-da yaşayan 17 yaşlı Sem Berns 17 yaşında dünyasını dəyişib. Həkimlərin qoyduğu diaqnoz... qocalıqdır.
Məsələ burasındadır ki, Sem çox nadir hallarda rast gəlinən progeriya xəstəliyindən əziyyət çəkib. Bu xəstəlik Yer üzündə milyon nəfərdən birində təsadüf edilir. Həmin sağalmaz bəlaya düçar olanlar digər insanlara nisbətən dəfələrlə tez qocalırlar.
Sem Bernsə bu diaqnoz ilk dəfə hələ 2 yaşı tamam olmamış qoyulub. Onun valideynləri - ixtisasca həkim olan Lesli Qordon və Skott Berns 1999-cu ildə progeriya xəstəliyinin öyrənilməsi üzrə fond təsis ediblər.