:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Günün fotosu - qış qaloşu

Font

Bu şəkli hər kim çəkibsə, bişəkk, məzəli adamdır. İdeyanı fikirləşib, etüdü düzüb-qoşub, çəkib, sonra da paylaşıb.
Gördüyünüz kimi, şəkildə qış vaxtına uyğunlaşdırılmış, zəcir taxılmış qaloş geymiş kişi ayağı görünür.
Əslində bu ölkədə qaloş geyən çox azdır, olsa-olsa ucqar kəndlərdə insanlar həyədə-bacada çalışarkən, qaloşdan istifadə edərlər - o da çəkələk kimi.
Bununla belə, qaloş bir etalondur - nəyə görəsə kasıblıq, miskinlik rəmzi hesab olunur. "Vaqif" dramında bir "ayağı çarıqlı ölkə" ifadəsi var ha, biz hələ də o töhmətdən xilas olmamışıq.
Paytaxtdakı 1 milyon avtomobildən 0,00001 faizinin təkərində zəncir olmadığı halda qaloşa zəncir taxmaq da simvolikdir.
Bu, o anlama gəlir ki, biz ayağımızın qaloşu, patavası ilə bəzən başımızı başlara qoşur, Avropada ad çıxarmaq istəyiriik. Adi bir seçki məntəqəsində halal seçki keçirmirik, adi yol hərəkəti qaydalarına riayət etmirik, növbəyə durmağı, ticarət etməyi, xəstə sağaltmağı, uşağa dərs deməyi bacarmırıq, amma istəyirik ki, dünya bizdən danışsın, bizə heyrətlənsin.
Biz dünyanı yalnız bu cür heyrətləndirə bilərik - qaloşa zəncir vurmaqla. Amma keşkə zəncirlə təmasımız elə bununla bitəydi...
N.Asifli