:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı metrosunda xaos

Font

Dekabrın 11-də Bakı Metropolitenində problem yaranıb. Musavat.com-un məlumatına görə, "20 Yanvar" stansiyasından "İnşaatçılar" stansiyasına qədər qatar açıq qapı ilə hərəkət edib. q Maşinist vaqonun qapısını bağlamağa cəhd etsə də, bu heç cürə alınmayıb.
Bir müddət hərəkətsiz qalan qatar, yoluna açıq qapı ilə davam etməli olub. Lakin bu zaman vaqonda olan sərnişinlər "maşinistlə əlaqə" düyməsini basaraq maşinistin qatarı durdurmasını tələb ediblər. Vaqonda həddindən çox sərnişinin olması təhlükəli anların yaranmasına səbəb olub. Qatar "İnşaatçılar" stansiyasına çatanda bütün sərnişinlər qəzalı vaqonu tərk ediblər. Maşinistlər yenidən vaqonun qapısını bağlamağa cəhd göstərsələr də, bu heç cürə alınmayıb.
Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropolitenindən münasibət öyrənməyə çalışsaq da bu heç cürə alınmadı.