Madridin “Real” klubunda koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Klubdan bildirilib ki, baş məşqçi Zinəddin Zidanın koronavirus testi müsbət nəticə verib.  

Çox güman ki, Zinəddin Zidan yanvarın 23-də La Liqanın 20-ci turu çərçivəsində “Alaves”lə qarşılaşmada komandasının sükanı arxasında ola bilməyəcək.

.