Fəlakətdən zərər çəkən vətəndaşlarımızın hər birinə 10 min lirə ödəyirik. Ölkə üzrə ödəniş edənlərin sayı 1 milyona yaxınlaşıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkə üzrə ödəniş edənlərin sayı 1 milyona yaxınlaşıb. Zəlzələdə həlak olan vətəndaşlarımızın yaxınlarına da təcili ehtiyacları üçün 100 min lirə veririk”, - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

.