“Biz Avropa Komissiyasına müraciət edərək von der Layenin bu informasiyanı haradan alması ilə bağlı sual verdik”.

Bu barədə Ukrayna Prezidentinin rəsmi nümayəndəsi Sergey Nikiforov Avropa Komissiyasının Prezidenti Ursula von der Layenin Ukrayna ordusunun 100 mindən çox hərbçisinin həlak olması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O, itkilər barədə məlumatın həssas olduğunu deyib.

“Buna görə də belə rəqəmləri yalnız Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, müdafiə naziri yaxud Prezident açıqlaya bilər”, o deyib.

Xatırladaq ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Layenin Ukrayna ordusunun 100 mindən çox hərbçisinin öldüyü barədə dedikləri hissə “Twitter“də yerləşdirilən videodan çıxarılıb.

.