Ukrayna Prezident Ofisi Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirib.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “Twitter“də yazıb.

Podolyak qeyd edib ki, Ukrayna Prezident Ofisi Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə qəzəblənib: “Oskar” siyasətdən kənardırsa, Rusiyanın daxili siyasətindən bəhs edən “Navalnı” sənədli filminin təltif edilməsini necə başa düşmək olar? Bununla yanaşı, “Oskar” mükafatı Ukraynadakı müharibə və ukraynalıların kütləvi soyqırımı məsələsindən uzaqdırsa, o zaman davamlı olaraq humanizm və ədalətdən danışmaq nəyə lazımdır?”

.