Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Ukraynanın istifadə edə biləcəyi istənilən silahı alması barədə sözlərini şərh edib.

Bu barədə o “Telegram” kanalında məlumat yayıb.

“Fon der Lyayen Ukraynaya istifadə edə biləcəyi istənilən silahı verməyə çağırıb. Nüvə, yoxsa nə?” – deyə Zaxarova bildirib.

Daha əvvəl Fon der Lyayen ümid etdiyini bildirmişdi ki, Aİ sanksiyaları Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək.

O, Aİ ölkələrinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyini bildirib.

AK rəhbərinin sözlərinə görə, Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları səbəbindən müasir və kritik texnologiyalardan məhrumdur.

.