Fransa Prezidenti Emmanuel Makronun “Ukraynaya mümkün hərbi təyyarələrin tədarükü eskalasiyaya səbəb olmayacaq” sözləri absurddur.

Bunu Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Fransa prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

.