“Azərbaycanla Ermənistan arasında bütün mübahisələr diplomatik yollarla həll edilməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova tərəfləri təxribat xarakterli hərəkətlərdən və vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.

“Biz mayın 19-da keçiriləcək görüşdə də buna hər cür töhfə vermək niyyətindəyik”, - o deyib.

Xatırladaq ki, mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq.

.