Moskva əmindir ki, rəsmi Yerevanın Bakı ilə danışıqlarda fəal iştirakı tərəflər arasında “cari gərginliyin” azaldılmasına kömək edə bilər.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı mövcud gərginliyin azaldılmasına töhfə verəcək”, - o bildirib.

Zaxarova xatırladıb ki, Rusiyanın mövqeyi üçtərəfli razılaşmalara uyğun olaraq bütün öhdəliklərin ən yüksək səviyyədə yerinə yetirilməsindən irəli gəlir.

.