Zaporojye Atom Elektrik Stansiyasında (AES) enerji tamamilə kəsilib.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

"Ruslar köhnə adətlərinə qayıdıblar. Onlar insanlar yatarkən, gecə vaxtı hücuma keçirlər. İnfrastruktur obyektləri və yaşayış məntəqələri zərər görüb. Ukrayna qismən susuz və işıqsız qalıb”.

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib. Paytaxt Kiyevə ballistik raketlərin atıldığı bildirilir. Hadisə nəticəsində 2 mülki şəxs yaralanıb.

.