Yunanıstanda ABŞ-ın hərbi bazalarının sayı 5-dən 9-a yüksəlib.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bununla da Vaşinqton Türkiyə-Yunanıstan münasibətlərinə dair balanslaşdırılmış siyasətini pozub.

Akar, Yunanıstanı təxribatlardan çəkinməyə və iki ölkə arasında dialoqu davam etdirməyə çağırıb.

.