Operativ qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  Yeni Zaman Partiyası Mərkəzi Şurasının müraciəti 

Əziz xalqımız, Biz hesab edirik ki,  aparılan siyasətin mərkəzində insanların sağlamlığı, təhlükəsizliyi, rifahı dayanmalıdır. Dövlətin  təhlükəsizliyi xalqımızın sağlamlığından, təhsilindən, təfəkküründən və vətənpərvər mövqeyindən asılıdır. Təssüflə qeyd etmək istəyirik ki yeni növ koronavirus COVID-19 insanların sağlamlığı, həyatı üçün ən böyük təhlükəyə çevrilib. Bu Bəşəriyyət üçün  bir bəla və çağırışdır. Pandemiya sərhəd tanımır.

Qeyd edmək istəyiri ki Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır.
Lakin növbəti mərhələdə vətəndaşların sosial məsuliyyəti əsas amil idi. Davamlı sürətli yoluxma qarşısında heç bir səhiyyə sistemi uzun müddət dayana bilməz. Son günlər ərzində yoluxmanın tendensiyasına baxsaq, infeksiyanın nəzarətdən çıxmaması, yeni yoluxma dalğaları qarşısında səhiyyə sisteminin çökməməsi, o cümlədən digər xəstəliklərdən əziyyət çəkən insanların ehtiyac duyulan zamanda müalicəsinin təmin edilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın daha sərt tədbirlər görməsinə zərurət yaradıb.

Yeni Zaman Partiyasının Mərkəzi Şurası Nazirlər Kabineti yanında Operativ Qərargahın həftə sonları COVİD-19-a daha çox yayılmanın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron rayonunda küçəyə çıxmanın məhdudlaşdırılması təklifini dəstəkləyir: “Hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və infeksiyanın nəzarətdən çıxmaması üçün həftə sonlarında küçəyə çıxmanın məhdudlaşdırılması vacibdir. Hər birimizin arzusu bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyalara dönməsi və yenidən yumşalmanın davam etdirilməsidir. Həftə sonları tam qapanma vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Prezident İlham Əliyevin dünən Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi də vətəndaşlar üçün nümunədir.
Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq.

Ölkəmizdə siyasi baxışlarından və mənsubiyyətindən asılı olmayaraq  bütün qüvvələri bir olmağa, Dövlətimizin təhlükəsizliyi xalqımızın sağlamlığı naminə səfərbər olmağa  cağırırıq.

Sonda onu da qeyd etmək istəyirik ki,Xalqımız əsrlər boyu çox sınaqlardan çıxıb və inşallah bu sınaqdan da çıxacaq.
Rəbbimiz bu çətin günlərdə xalqımıza kömək olsun.
 
Yeni Zaman Partiyasının Mərkəzi Şurası
Bakı şəhəri
04 iyun 2020

.