Çinin Uhan şəhərindən olan virusoloqlar insanlarda yaratdıqları potensial təhlükəli xəstəliklərə qarşı yarasaların peyvənd edilməsi üçün onları koronavirusla yoluxdurmağı planlaşdırıblar.

Qrant üçün yayımlanan müraciətlərdən bəlli olub ki, bu təklif hələ 2018-ci ildə nəzərdən keçirilib.

Sənədlərə görə, alimlər COVID-19-un ilk dəfə insanda aşkarlanmasından cəmi 18 ay əvvəl yarasalarda koronavirusun “yeni ximer sünbül zülallarını” sınamağı planlaşdırıblar.

Virusoloqlar insanlara daha asan yoluxa biləcək ximer virusları yaratmağa görə təcrübələr aparmaq üçün ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Araşdırma Layihələri Agentliyindən (DARPA) 14 milyon dollar istəyiblər. DARPA  Uhan alimlərinin işinə sponsorluqdan imtina edib.

.