“Ukraynadakı addımlarına görə Rusiyaya qarşı sərt sanksiyalar saxlanılmalıdır”.

Bunu Yaponiyanın Baş naziri Fumio Kişida polşalı həmkarı Mateuş Moravetski ilə birgə mətbuat konfransında bildirib.

“Rusiyanın Ukraynaya təcavüzünü mümkün qədər tez sona çatdırmaq üçün Polşa daxil olmaqla, müttəfiq ölkələrin əməkdaşlığı, Rusiyaya qarşı sərt sanksiyaları davam etdirməsi və Ukraynaya fəal şəkildə dəstək verməsi vacibdir”, - o vurğulayıb.

Yaponiya hökumətinin başçısı Ukraynaya dəstək verdiyi üçün iqtisadi baxımdan çətinlik çəkən Polşaya da ölkəsinin maliyyə yardımı göstərəcəyinə söz verib.

.