Yeni Azərbaycan Partiyasında (YAP) icra strukturu Mərkəzi Aparat olacaq.

Bu barədə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

O qeyd edib ki, partiyada İcra katibliyi ləğv edilib.

Qeyd edək ki, YAP-ın VII qurultayına qədər partiyanın icra katibi Əli Əhmədov olub. Bu gün Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Əli Əhmədov da YAP sədrinin müavini təyin olunub.

.