Xorvatiya Ukraynaya 14 Mi-8 helikopterini təhvil verməyə hazırlaşır. Onların veriləcəyi hələ noyabr ayında elan edilmişdi.

UNİAN verdiyi məlumata görə, helikopterlər təqribən 10 gün ərzində göndərilməyə hazır olacaq.

“Jutarnji list” saytının məlumatına görə, on iki Mi-8MTV-1 və iki Mi-8T helikopteri Xorvatiya Silahlı Qüvvələrinin balansından çıxarılıb və hazırda Velika Qoritsadakı aviasiya texniki mərkəzində onlara texniki xidmət göstərilir.

Digər işlərlə yanaşı, helikopterlərdə mövcud olan bütün tanınma nişanları götürülür, təmir-bərpa işləri aparılır.

Xorvatiya hökuməti Ukraynaya bütün hərbi yardımı ictimaiyyətə qapalı şəkildə təsnif etdiyi üçün jurnalistlər hakimiyyət orqanlarından rəsmi təsdiq ala bilməyiblər.

.