ABŞ və NATO Ukraynanın yardımı ilə Rusiyaya qarşı proksi müharibə aparır.

TASS xəbər verir ki, bunu Xorvatiya Prezidenti Zoran Milanoviç ölkənin şərqindəki Vukovar şəhərində keçirdiyi mətbuat konfransında deyib.

Milanoviç Qərbin Moskvaya qarşı sanksiyalarının absurd olduğunu və bununla heç nəyə nail olunmayacağını qeyd edib.

Xatırladaq ki, daha əvvəl Xorvatiya parlamenti Ukrayna hərbçilərinə ölkə ərazisində təlimlər keçilməsi ilə bağlı hökumətin təklifini dəstəkləməyib. Prezident Milanoviç də ukraynalı hərbçilərə Xorvatiya ərazisində təlim keçilməsinin əleyhinə olduğunu bildirib.


 

.