Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Rusiyadan ödənişini etdiyi silahları hələ də almadığını təsdiqləyib.

Bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə deyib.

“Biz bu işi davam etdirməyə çalışırıq. Ödənişlər edilib, silahlar da gəlməyib”, - o vurğulayıb.

Xatırladaq ki, bundan öncə, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Rusiyadan öncədən ödəniş etdiyi silahları ala bilmədiyini demişdi.

.