Rusiya Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Onun sözlərinə görə, Rusiya Qara dəniz taxıl təşəbbüsünün uzadılmasıma etiraz etmir, bu təşəbbüs yalnız 60 gün uzadıla bilər.

Verşinin deyib ki, Cenevrədə taxıl sazişi üzrə Rusiya-BMT məsləhətləşmələri asan keçməyib.

"Rusiya taxıl müqaviləsinin yenidən uzadılmasına qərar verərkən kənd təsərrüfatı məhsullarının ixracına dair sazişin icrasının effektivliyinə arxalanacaq" - deyə rusiyalı diplomat vurğulayıb.

.