Ermənistan tərəfi sülh danışıqlarından yayınır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, sülh gündəliyinin aparılmasına Azərbaycan tərəfindən təşəbbüs göstərilib. “Biz danışıqları davam etdirmək üçün öz təşəbbüslərimizi göstəririk”.

“Ermənistan Moskvada görüşə bir gün qalmış iştirakdan imtina edib. Bu da danışıqlar prosesini dalana dirəyib”.

Bunu da jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu, çox məsuliyyətsiz, növbəti dəfə Ermənistanın qeyri-ardıcıl addımlarının bariz nümunəsidir.

"Eyni zamanda, biz son günlər ərzində Ermənistan tərəfinin manipulyasiya siyasətinin başqa bariz nümunələrini də görürük. Baxmayaraq ki, Ermənistan tərəfi danışıqlar prosesindən imtina edir, danışıqlarda iştirakdan yayınır, ancaq çağırışlar edir ki, guya məsələ Azərbaycan tərəfinin üzərindədir. Bu tamamilə yanlış yanaşmadır. Bunun əsas məqsədi beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və çaşqınlıq yaratmaqdır", - XİN rəhbəri vurğulayıb.

.