“İranda Fərid Səfərlinin itkin düşməsi ilə bağlı Təbrizdəki Baş Konsulluğumuza da məlumat verilib”.

 

Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

 

O bildirib ki, araşdırma davam edir:

 

“Həm Xarici İşlər Nazirliyi, həm də konsulluq bu işlə məşğuldur. Hələ ki, bir yenilik yoxdur”.

 

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

.