"Tarix boyu vətənini, suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə əlamətdardır".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanatında bildirilib.

"Məhz 44 günlük Vətən müharibəsində xalqımız beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün bərpası naminə səfərbər olaraq Ermənistanın 30 ilə yaxın davam edən qeyri-qanuni hərbi işğalına son qoydu, bununla isə tariximizə Şanlı Zəfəri yazmağa müvəffəq oldu", - qeyd edilib.

Qeyd olunub ki, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən həmvətənlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq:

"Bir daha tariximizə şanlı qələbələr yazan qəhrəman soydaşlarımızı dərin hörmət və minnətdarlıqla yad edirik".

.