Çin hökuməti Tayvanla sülh yolu ilə birləşmək istəyir, lakin başqa üsulları da istisna etmir.

Bunu Çin xarici işlər naziri Qin Gang “Asharq Al-Awsat” gündəlik nəşrinə müsahibəsində deyib.

XİN rəhbəri “adanın müstəqillik hərəkatı” tərəfdarlarını regionda sülh və sabitliyə ən böyük təhlükə adlandırıb.

Nazir qeyd edib ki, Çin hökuməti Tayvanla sülh yolu ilə birləşməyə çalışır, lakin ABŞ-ın dəstəklədiyi tayvanlı separatçıların adanı materikdən təcrid etmək cəhdlərini nəzərə alaraq, digər üsullar da istisna edilmir:

“Çin hər zaman maksimum səmimiyyət nümayiş etdirir və sülh yolu ilə birləşmə perspektivi üçün hər cür səy göstərir, lakin biz mümkün variantları nəzərə alaraq bütün digər zəruri tədbirləri görməyə hazırıq”, - deyə diplomat vurğulayıb.

Çinin xarici işlər naziri rəsmi Pekinin Tayvanı Çinin ayrılmaz hissəsi hesab etdiyini xatırladıb:

“Tayvan məsələsində biz dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü və həmçinin Tayvan xalqı daxil olmaqla 1.4 milyard Çin vətəndaşının maraqlarını qətiyyətlə qoruyacağıq”,- nazir deyib.

.