Təəssüf ki, Ermənistan hələ də hərbi-siyasi təxribatlarını davam etdirərək bölgədə sabitliyin təmin olunmasına maneə törədir.

Bunu bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan regionda davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması istiqamətində səylərini davam etdirmək əzmindədir”, - o qeyd edib.

Xələf Xələfov: "Azərbaycanın sülh gündəliyinin qələbəsinə inanırıq"

Ermənistanın işğalı nəticəsində böyük dağıntılara məruz qalmış ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb.

Bunu bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdış prosesi davam etməkdədir.

“Azərbaycanın sülh gündəliyinin qələbəsinə inanırıq”, - nazir müavini vurğulayıb.

.