Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın təşəbbüsünü dəstəkləyən BMT-nin üzvü olan dövlətlərə təşəkkür edib.

XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində etdiyi paylaşımında “Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından müzakirəyə çıxarılan və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19-la mübarizədə bütün ölkələrin vaksinlərə ədalətli, əlverişli, vaxtında və universal çıxışının təmin edilməsi” adlı qətnaməni dəstəkləyən bütün BMT üzv dövlətlərinə təşəkkür edirik”, - deyə yazıb.

.