"Təəssüf ki, bu gün hələ də qanunsuz balıq ovu faktları var. Lakin aparılan reydlərin nəticələrinə baxdıqda bu kimi halların azaldığını müşahidə edirik".

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Xidmət rəisi bildirib ki, bu ilin ilk günlərində qanunsuz ərazilərdə ovçuluqla əlaqəli 4 fakt, balıq ovu ilə bağlı isə 3 fakt aşkarlanıb: "Onlar barəsində cərimə də tədbiq olunub. Həmçinin ötən ilin son ayı və bu ilin ilk həftəsində 5 min metrə qədər sintetik tor müsadirə olunub".

.