Dekabr ayının 15-də QS Reytinq Agentliyinin 2021-ci il üçün “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəli açıqlandı. 
Xəzər Universiteti regionun ən yaxşı ali məktəbləri siyahısında 210-220 aralıqda qərarlaşıb. 
Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitləri arasında 1-ci yeri tutub. 
Xəzər Universiteti ötən ilki nəticə ilə müqayisədə 30 pillə irəliləyərək regionun ən yaxşı universitetləri arasında öz mövqeyini bir qədər də möhkəmləndirdi. 
Xəzər Universiteti elmi məqalələrdən sitat gətirmə göstəricisi üzrə regionda 9-cu yeri tutaraq, beynəlxalq səviyyədə tanınmış tədqiqatların aparılmasında yüksək potensialını bir daha təsdiqləyib. 

.