Mayın 31-də Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında məsləhətləşmələr keçirilib.

Rusiya XİN xəbər verir ki, məsləhətləşmələr zamanı Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri, o cümlədən cari gündəlikdəki ən aktual məsələlər predmetli şəkildə və müttəfiqlik ruhunda nəzərdən keçirilib.

"Bir sıra regional və beynəlxalq mövzular üzrə ətraflı müzakirə aparılıb. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən təmaslar fonunda onların əldə etdikləri bütün üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb" - deyə Rusiya XİN-dən bildirilib.

.