Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

.