Xaçmaz rayonunda yanğın baş verib.

Hadisə rayonun Mirzəmməd kəndində qeydə alınıb.

Hadisə təxminən 6 hektar ərazidə biçilmiş taxıl sahəsi və meşə təsərrüfatına aid ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

.