VTB (Azərbaycan) Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də müştərilərə xidmət göstərəcək.
Martın 21-dən 24-dək Bankın Əcəmi, Gənclik və Neftçilər filialları müştərilərin xidmətində olacaq. Filiallar saat 10:00-dan 16:00-a kimi işləyəcək.
Həmçinin, 21-24 mart tarixlərində saat 10:00-dan 16:00-dək müştərilər Bankın 986 nömrəli Əlaqə Mərkəzi ilə əlaqə saxlaya biləcəklər.
VTB (Azərbaycan) Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə cansağlığı, firavanlıq və yeni uğurlar arzulayır.

.