Bank VTB (Azərbaycan) respublikada yenitədris ili ərəfəsində “Uşaqların məktəbə hazırlaşmasına köməkedin” kampaniyasının iştirakçısı oldu. Tədbiri Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi təşkiledib. Onun əsas məqsədi aztəminatlı ailələrin uşaqlarına dəstək olmaqdır.

Sentyabrın 1-dən 13-dək Bakı, Gəncə, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala və Astarada keçirilən kampaniya çərçivəsində əsasən aztəminatlı ailələrdən olan 200 nəfər gələcək birinci sinif şagirdi lazımi məktəb ləvazimatları - dəftərlər, rəsm albomları, gündəliklər, qələmqabı, pozan, qələmlər, xətkeş və digər zəruri ləvazimatlarla dolu məktəbli çantası ilə təmin olunub.

“Sosial məsuliyyət VTB mədəniyyətinin əsas elementidir və biz hər zaman uşaqların inkişafınay önəlmiş layihələri dəstəkləməyə hazırıq. Sevinirikki, bu gün biz birincisinif şagirdlərini yenitədris ilinin başlanması münasibətilə şəxsən təbrik edə bildik. Bütün tələbələrə təhsillərində yüksək nailiyyətlər, məktəb həyatının maraqlı və parlaq günlərini arzulayıram”, - deyə VTB (Azərbaycan)-ın İdarəHeyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin layihənin başaçatması münasibətilə keçirilən tədbirdə bildirib. 

.