Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək planı iflasa uğrayıb, beynəlxalq aləmdə çoxqütblülük tələbi var.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək planı iflasa uğradı, beynəlxalq aləmdə çoxqütblülük və ədalətli dünya nizamı tələbi var. Bizim digər ölkələrlə münasibətləri inkişaf etdirməklə bağlı yanaşmalarımız qarşılıqlı hörmətə, suveren dövlətlərin işlərinə müdaxilə etməmək və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır”, - deyə Volodin vurğulayıb.

Qeyd edək ki, bu gün Dövlət Dumasının 2023-cü ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

.