“Bugünkü dünya çox fərqli vəziyyətlə qarşı-qarşıyadır. BMT kimi müvəffəqliyyətli olmayan qurumlar var. Düşünürəm ki, BMT iki yerə bölünməlidir”.

Bunu BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin 2014-2015; 2015-2016-cı illərdə Avropa İttifaqı naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatı uğurlu şəkildə sədrlik edib:

“Buna öz məsələsi kimi yanaşdı. Hesab edirəm ki, bu, davam etdirilməlidir”.

.