“Azərbaycana səfər etdiyimə görə sevincliyəm. Səfərimin uğurla nəticələnəcəyinə ümid edirəm”.

Bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə keçirəcəyi görüşlərdə BMT-nin gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

“O cümlədən çətin durumda olan ölkələrə yardımların edilməsi, pandemiya ilə mübarizə, peyvəndlərin ədalətli şəkildə bütün ölkələr arasında bölüşdürülməsi, eyni zamanda su problemi, səhralaşma, energetika və s. məsələlər keçirəcəyim görüşlərdə müzakirə olunacaq. Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır. Görüşlərdə Azərbaycanın BMT-yə töhfələrinin daha da genişləndirilməsi, BMT-də, Təhlükəsizlik Şurasında islahatlar məsələsi də müzakirə ediləcək”, - deyə o vurğulayıb.

Baş Assambleyanın Prezidenti: “Azərbaycan BMT üçün əhəmiyyətli ölkədir”

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) üçün əhəmiyyətli ölkədir”.

Bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

O, sədrliyi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirildiyini vurğulayıb: “Xüsusi sessiya həqiqətən çox böyük uğurla başa çatdı. İlk dəfə pandemiyadan sonra BMT-də COVID-19-la bağlı güclü mesajlar verildi”.

V. Bozkır qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı ilə görüşdə bölgədə mövcud vəziyyəti və BMT-nin gündəliyində duran məsələləri müzakirə ediblər.

.