Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışığı vacib müsbət addım olub.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

Onun sözlərinə görə görüş zamanı tərəflər bir neçə vacib sualları müzakirə etmək, bir-birinin nəzər nöqtəsini görmək imkanı qazanıblar.

"Biz inanırıq ki, möhkəm irəliləyiş üçün hələ doğru yol var. Biz inanırıq ki, bu problemin sülh yolu ilə həlli var. Ona görə də biz dövlət katibindən başlayaraq bu məsələ ilə bu qədər dərindən məşğul olmağa davam edirik. Lakin mən danışıqları qabaqlamaq istəmirəm”, - Patel Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin keçiriləcək görüşünü şərh edərkən deyib.

.