Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Regional Direktoru Dorit Nitzan dünyada koronavirusun ikinci dalğasının olmadığını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, o bu barədə pandemiya ilə bağlı konfrans zamanı bildirib:

“Koronavirusun növləri və formaları göstərir ki, pandemiyanın hansısa ikinci dalğası yoxdur”.

Onun sözlərinə görə, bəzi dövlətlərdə yoluxma yüksək olsa da, bəzilərində bu göstərici aşağıdır.

Nitzan bildirib ki, dünyada koronavirusa yoluxanların cəmi 5 faizinin ağır vəziyyətdə olduğuna görə, insanlar bu xəstəliyin ciddiliyinə əhəmiyyət vermirlər.

.