Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un hava ilə ötürülməsinə yenidən münasibət bildirib.

Bu barədə təşkilatın texniki eksperti Bendetta Alleqrançi məlumat verib.

O, koronavirusun hava ilə ötürülməsini istisna etməyib: “Lakin bunun üçün  bütün sübutlar araşdırılmalıdır. Bu günə qədər yeni infeksiyanın çox sayda insanın olduğu qapalı və zəif havalandırılan otaqlarda hava ilə ötürülə biləcəyi bilinir”-deyə, o bildirib.

Bundan əvvəl ÜST bəyan etmişdi ki, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır, havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür.

.