Depressiya əlamətləri olan insanlar ruhi sağlamlıq problemi olmayanlara nisbətən daha çox ürək xəstəliyi və iflic olma riski altındadır.

Bu barədə “British Heart Foundation” Kembric Universitetinin araşdırmasına istinad edərək məlumat yayır.

Alimlər əvvəllər ürək problemləri ilə qarşılaşmayan yarım milyondan çox insanın tibbi qeydlərini təhlil ediblər. Tədqiqat iştirakçıları son iki həftədə əhval-ruhiyyə və depressiya yaşaya biləcəkləri ilə bağlı suallara verdikləri cavablara əsasən qiymətləndiriliblər.

Bu simptomlardan əziyyət çəkənlərə yüksək, qalanlarına isə aşağı bal verilib.

On il sonra mütəxəssislər ən ağır depressiya əlamətləri olan insanların sonradan ürək problemlərinə daha çox meylli olduqlarını müəyyən ediblər.

"Bu, depressiya ilə əlaqəli hisslərin gələcəkdə ürək problemləri və insult ehtimalı ilə əlaqəli olduğuna dair bu günə qədər göstərilən ən böyük dəlildir”, - deyə professor Emanuel Di Angelantonio bildirib.

.