Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Amankənd kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, 1981-ci il təvəllüdlü İsaq Ədalət oğlu Buludov özünü asıb. Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, İ.Buludov ailəli idi, üç uşağı var.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

.