Ümumdünya Ticarət Təşkilatının (ÜTT) dünya ticarəti indeksi göstəricilərin qeydə alınmağa başladığı 2016-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.

“Kommersant”  xəbər verir ki, indi bu göstərici 100 baza göstəricisi üzrə 87,6-dır. Dünya ticarətinin həcmi il ərzində 32% azalıb.

Ən çox ziyan görən sahə avtomobil satışları olub. Burada indeks 79,7-yə düşüb.

Perspektivli ixrac sifarişləri, konteyner daşımaları və aviadaşımaların göstəriciləri də ciddi şəkildə azalıb. Kənd təsərrüfatı xammalının və elektron komponentlərin indeksləri sabit olaraq qalır - müvafiq olaraq 95,7 və 94.

Xatırladaq ki, ÜTT pandemiya səbəbindən dünya ticarətində 32% azalma olacağını proqnozlaşdırıb. Təşkilatın məlumatına görə, bu, 2008-2009-cu illərdəki böhranın yaşatdığı azalmanı üstələyəcək. ÜTT hələ 2019-cu ilin sonunda azalma qeydə almışdı.

.