Müdafiə təmas qrupunun Almaniyanın Ramştayn şəhərində keçirilən iclasında Ukraynaya “Leopard” tanklarının tədarükü ilə bağlı qərar qəbul edilməyib.

UNİAN-ın xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Sayt xəbər verir ki, Qərb müttəfiqləri Ukraynaya hərbi dəstəyi artırmağa razılaşsalar da Almaniya “Leopard 2” tanklarının tədarükünə şübhə ilə yanaşıb: "Bu gün hamımız “Leopard 2” ilə bağlı qərarın nə vaxt veriləcəyini və bu qərarın necə olacağını hələ deyə bilmərik. Tərəddüd etmirik, sadəcə olaraq bütün müsbət və mənfi cəhətləri çox diqqətlə tarazlayırıq. Ehtiyatlı olmalıyıq”.

Pistorius alman ordusunun tank ehtiyatlarını yoxlamaq göstərişi verib. nazir həmçinin qeyd edib ki, Almaniya Ukraynaya tank tədarükündən imtina edən yeganə ölkə deyil.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin müttəfiqlərini müharibədə dönüş nöqtəsi olması üçün Ukraynaya silah verməyə çağırıb.

.