Ukraynada ötən gün rekord sayda – 1 109 yoluxma faktı qeydə alınıb.

Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində qeydə alınmış yoluxma hallarının sayı 41 117-yə yüksəlib.

Bildirilib ki, Ukraynada son 24 saatda pandemiya qurbanlarının sayı daha 19 nəfər artaraq 1 086-ya çatıb. Bundan başqa, indiyədək 18 299 nəfər virusdan sağalıb.

Qeyd edək ki, iyunun 25-nə olan məlumata görə, Ukraynada 944 yeni yoluxma faktı qeydə alınmışdı.  

.