Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov istefa verib. 

Ukrayna KİV-i xəbər verir ki, nazir Oliksiy Reznikov istefaya razılıq verib.  

O, ərzaq məhsullarının alınması ilə bağlı qalmaqaldan sonra vəzifəsindən azad edilib. 

Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko vəzifəsindən azad edilib. 

Ukrayna KİV-i xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski müvafiq sənəd imzalayıb. 

A.Simonenkonun vəzifəsindən azad edilməsinin səbəbi hələ açıqlanmayıb. 

Qeyd edək ki, o, 2022-ci ilin iyul ayında bu vəzifəyə təyin olunmuşdu.

.