"Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edir".

Bunu Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib.

Bəyantda qeyd olunub ki, "Saakaşviliyə qarşı SSRİ NKVD-nin ən pis ənənələrindən olan psixoloji və fiziki zorakılıq tətbiq edilir, onun təcili tibbi yardıma ehtiyacı inkar edilir, Saakaşvilinin həyatına bilərəkdən birbaşa təhlükə yaradılır.

Ukrayna vətəndaşına qarşı insan hüquqlarının kobud şəkildə pozulması Tbilisinin Aİ-yə üzvlüklə bağlı elan etdiyi kursa ziddir və Gürcüstanda demokratiyanın iflasından xəbər verir".

Ukrayna XİN Gürcüstan hakimiyyətini Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıb.

"Siyasi qisas üçün insanın həyatı ilə oynamayın. Biz həmçinin xarici hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyası nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq müdafiə etsinlər", - Ukrayna XİN-in bəyanatında vurğulanır.

.