Ukrayna MDB çərçivəsində imzalanmış daha bir sazişdən çıxıb.

Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında ölkənin poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərlə bağlı MDB sazişindən çıxması barədə qərar qəbul edilib.

Nazirlər Kabinetinin qərarında qeyd olunub ki, Ukrayna poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərin koordinasiyası haqqında Bişkek şəhərində 1992-ci il 9 oktyabr tarixində bağlanan sazişdən çıxıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb.
 

.