“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamından 31 il keçir”.

Bu barədə Türkdilli Dövlətlərin Parlament Assambleyasının saytında yazılıb.

Bildirilib ki, Azərbaycanın Xocalı şəhərinə hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib, girov götürülüb:

“İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrdə, ürəklərdə qalır. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, ruhlarına rəhmət diləyir, Azərbaycan xalqının və hökumətinin yanında olmağa davam edəcək”.

.