“Biz İsveç və Finlandiyanın işlərini tamamlayıb problemi həll etmələrini gözləyirik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yanvarın 16-da Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

O, İsveç və Finlandiyanın NATO-ya qoşulması prosesini ləngitməsi ilə bağlı tənqidlərə cavab verərək deyib: “Bu, narahatlığa səbəb Türkiyə deyil. Biz Alyansın özünü təsdiqləmiş üzvüyük. Bu, artıq sübut olunub, müttəfiqlərə qarşı heç vaxt hərəkət etməyəcəyik”

H.Akar NATO-nun açıq qapı siyasətini tam dəstəklədiklərini söyləyib: "Biz namizəd ölkələrin Alyansa üzv olmaq istəyinə hörmət etdiyimiz kimi, onlar da Türkiyənin təhlükəsizlik maraqlarına hörmət etməlidirlər. Biz bu problemin həllini istəyirik, bundan artıq heç nə edə bilmərik”.

Qeyd edək ki, 2022-ci ilin may ayında İsveç və Finlandiya NATO-ya qoşulmaq üçün müraciət edib. Ancaq Ankara bu iki ölkədən PKK qruplaşmasını terrorçu elan etmələrini istəyir. Qarşı tərəf bu tələbləri hələ ödəməyib.

.